– Yaponiya romançısı. Osaka şəhərini və İkinci Dünya müharibəsindən sonrakı Yaponiyanı təsvir edən əsərlər yazmışdır. Osamu Dazainin dostu olmuşdur.
İlk illəri Sakunosuke Oda 1913-cü ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. Ailəsi balıq alveri ilə məşğul olurdu. Kiotoda yerləşən Üçüncü liseydə təhsil alsa da, məzun ola bilməmişdir.
Yaradıcılığı Oda 1937-ci ildə Kiotoya köçmüş, Stendal və İhara Saykakudan təsirlənərək nostalji romanları yazmağa başlamışdır. Osaka şəhərinin gündəlik həyatını və insanlarını əks etdirən əsərlər ortaya çıxarmışdır. 1939-cu ildə yazdığı hekayəsinə görə Akutaqava mükafatına namizəd göstərilmişdir. 1940-cı ildə yazdığı və uğur qazanmış əsərinin adı Osakada yerləşən bir şirniyyatdan dükkanından gəlir. Əsər məsuliyyətsiz, israfrçı bir ərə baxmayaraq evlilikləri davam edən bir cütlükdən bəhs edir.
İkinci Dünya müharibəsindən sonra kifayət qədər populyar yazıçı olmuş, Osamu Dazai və Anqo Sakaquçi kimi yazıçılarla qruplaşaraq Burayha məktəbinin nümayəndəsi olmuşdur. Lakin o, avtobioqrafik romanlara qarşı olmuşdur. hekayəsində ABŞ-nin Yaponiyadakı işğal dövrünün ilk aylarını təsvir etmişdir. Radio tamaşaları üçün ssenarilər yazmış, jurnalların birinə film ssenarisini göndərmişdir. Həmin ssenari əsasında filmi çəkilmişdir. 1947-ci ildə Tokioda ağciyər iltihabı nəticəsində ölmüş və Osakada dəfn olunmuşdur. Dostu və həmkarı Osamu Dazai onun dəfnindən sonra yazdığı mədhiyyədə Odanın tənqidçilərini yazıçının qəfil ölümündə günahlandırmışdır.
Odanın digər əsərlərinə , , , daxildir. Mən-roman janrından müstəqillikdən bəhs edən essesini yazmışdır. romanı öldüyü üçün tamamlanmamış qalmışdır.
Xatirəsi 1963-cü ildə Osakanın Hozen məbədi yaxınlığında Odanın abidəsi qoyulmuşdur. "Cütlüyün yaxşı uğuru" əsərində hadisələrin bir qismi bu məbəd ətrafında baş verir.
1983-cü ildə yazıçının anadan olmasının 70 illiyi münasibətilə Sakunosuke Oda mükafatı təsis olunmuşdur. Bu mükafat hər il yeni bir yazıçı tərəfindən yazılmış ən yaxşı işə görə təqdim olunur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya romançıları Kateqoriya:Yaponiyada ağciyər iltihabından vəfat edənlər