ABŞ-nin 45-ci prezidenti və 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından namizəd olan Donald Tramp 13 iyul 2024-cü ildə Pensilvaniya ştatının Batler yaxınlığındakı seçki kampaniyası zamanı sui-qəsdə məruz qalıb. Tramp sağ qulağının yuxarı hissəsindən güllə yarası alıb.
Sui-qəsdçi 20 yaşlı Tomas Metyu Kruks olub. Hüquq-mühafizə orqanlarının işçiləri və şahidlərin dediyinə görə, Kruks AR-15 tipli yarı avtomatik tüfəngdən istifadə edərək mitinq yerinin kənarındakı damdan atəş açıb, Gizli Xidmətin Qarşı Hücum Komandasının snayperi tərəfindən öldürülməzdən əvvəl 8 güllə atıb.
Zərərçəkənlər Trampdan başqa daha 3 nəfər güllə yarası alıb və onlardan biri ölüb. Pensilvaniya ştatının Sarver şəhərindən olan 50 yaşlı Korey Komperator hadisə nəticəsində ölüb. Ailəsinin və Pensilvaniya qubernatoru Coş Şapironun dediyinə görə, o, həyat yoldaşını və qızlarını atəşdən qoruyarkən güllə ona tuş gəlib. Sui-qəsdi törədən Tomas Metyu Kruks isə hadisə yerindəcə zərərsizləşdirilib.
İstinadlar
Kateqoriya:Donald Tramp Kateqoriya:Sui-qəsd cəhdləri Kateqoriya:2024-cü ildə ABŞ Kateqoriya:13 iyuldakı hadisələr Kateqoriya:Pensilvaniya