Eyiti Negisi - (一 Rom: Negishi Eiichi ) YaponiyaС начала 1960-х годов живёт и работает в США, однако американского гражданства не имеет kimyaçısıdır. Negisi reaksiyasının kəşfçisi kimi tanınır. Perdyu Universitetinin (ABŞ) fəxri professorudur. 2010-cu il kimya üzrə Nobel mükafatı laureatıdır.
Bioqrafiyası
E.Negisi 14 iyul 1935-ci ildə Çançun şəhərində anadan olub (o vaxt - Yaponiyanın kukla dövlətinin paytaxtı Mançukuo, hazırda Çinə məxsusdur). 1958-ci ildə Tokio Universitetində üzvi kimya üzrə bakalavr dərəcəsini bitirmişdir. 1958-ci ildən 1960-cı ilə qədər Teidzin şirkətində işləmişdir.
O, 1963-cü ildə Pensilvaniya Universitetində üzvi kimya üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Diplomunu aldıqdan sonra 1966-cı ilə qədər işlədiyi Teidzin şirkətinə işini davam etməyə qayıdıb. Daha sonra ABŞ-a köçmüş və burada Perdyu Universitetində Herbert Brovn ilə iki il dissertant kimi çalışmışdır. 1968-ci ildə orada dosent vəzifəsini almışdır. 1972-1979-cu illərdə Sirakuz Universitetində əvvəlcə dosent köməkçisi, 1976-cı ildən isə dosent vəzifələrində işləmişdir. 1979-cu ildə Perdyu Universiteti>nə tam professor kimi qayıtmışdır.
1999-cu ildən Perdyu Universitetində kimya üzrə fəxri professordur.
2018-ci ilin mart ayında o, həyat yoldaşı ilə İllinoys ştatında maşın sürərkən ehtimal ki, yolu azdıqları üçün itkin düşmüşdürlər. Sonra E.Negisi sağ tapılsa da, lakin həyat yoldaşı ölü tapılmışdır.International News | Latest World News, Videos & Photos -ABC News - ABC News. Дата обращения: 15 марта 2018. Архивировано из оригинала 14 марта 2018 года.
E.Negisi 6 iyun 2021-ci ildə 85 yaşında vəfat etmişdir.https://www.purdue.edu/newsroom/releases/2021/Q2/ei-ichi-negishi,-one-of-2-nobel-prize-winners-from-purdue-university,-dies.html
Elmi nailiyyətləri
E.Negisi elmi tədqiqatlarına 1966-cı ildə Herbert Braunun rəhbərliyi ilə başlamışdır. Onun ilk işləri karbon-karbon bağlarının əmələ gəlməsinin müxtəlif bororqanik reaksiyalarının tədqiqinə həsr edilmişdir. Bir müddət sonra alim başa düşmüşdür ki, sintezi sürətləndirən katalitik reaksiyaların tapılmasına diqqət yetirmək lazımdır.
1972-ci ildə E.Negisi keçid metallarının kataliz etdiyi orqanometalik reaksiyalar üzrə tədqiqatlara başlamışdır. 1976-1978-ci illər ərzində E.Negisi palladium və ya nikel ilə katalizləşdirilmiş maqnezium, sink, bor, alüminium, stronsium və sirkonium olan müxtəlif orqanometal maddələrin iştirakı ilə çarpaz birləşmə reaksiyalarını təsvir edən 10-a yaxın məqalə dərc etmişdir.
Bu gün tərkibində sink, alüminium və ya sirkonium olan reaksiyalara Negisi reaksiyaları deyilir. Bu kəşflərə görə E.Negisi 2010-cu ildə gündəlik həyatımızı yaxşılaşdıran mürəkkəb molekulların qurulması məqsədi ilə karbon atomlarını bir-biri ilə birləşdirmənin yeni, daha səmərəli yollarını təkmilləşdirdiklərinə görə Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür.The Nobel Prize in Chemistry 2010 Архивная копия от 8 марта 2010 на Wayback Machine (англ.) Bu mükafatı Riçard Hek və Akir Suzuki ilə bölüşmüşdür.
Elmi cəmiyyətlərə üzvlüyü
Amerika Kimya Cəmiyyəti (1979-cu ildən) Amerika Elmin İnkişafı Assosiasiyası (I dəfə —1975-1980; II dəfə — 1992-1994 illər arasında) Phi Lambda Epsilon (1984-cü ildən) Yapon Kimya Cəmiyyəti (1985-ci ildən) Sigma Xi (1989-cu ildən) ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (2014-cü ildən)Ei-ichi Negishi Архивная копия от 19 декабря 2018 на Wayback Machine (англ.)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ kimyaçıları