Haqq və Azadlıqlar Partiyası (, , qısaldılmış olaraq HAK-PAR) — Türkiyədə kürd milliyətçisi siyasi partiya.

Federalizmi ölkənin cənub-şərqində kürd muxtariyyətinin artırılması vasitəsi kimi müdafiə edən partiya 2002-ci ildə Demokratik Xalq Partiyasından (DEHAP) ayrılmışdır. Partiyanın mərkəzi Diyarbəkirdədir. 2015-ci ilin oktyabrında vəfat edənə qədər partiyaya Fəhmi Dəmir rəhbərlik edirdi.

2014-cü ilin lokal seçkilərində partiya 43,846 səs toplayaraq Muşun Qonuqbəklər bələdiyyə başqanlığını qazanmışdır. 2015-ci ilin iyun ayında keçirilən ümumi seçkilərdə HAK-PAR 58,698 səs qazanaraq ilk dəfə ümumi seçkiyə qoşulmuşdur.

İstinadlar

Kateqoriya:2002-ci ildə yaranan siyasi partiyalar Kateqoriya:Türkiyədəki siyasi partiyalar