Daşkörpü — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda bəldə.

Tarixi Daşkörpü 1902-ci ildə Bolqarıstanın Aytos şəhərindən olan 15 təsərrüfatdan ibarət ailə tərəfindən yaradılmışdır. Gələnlər əvvəlcə hava limanının yerləşdiyi ərazinin kənarında məskunlaşmışdır, lakin müəyyən müddətdən sonra malyariya səbəbilə meşəlik olduğu və mal-qaranın keçə biləcəyi otlaq sahələri olduğu üçün iqamətgahlarını indiki əraziyə köçürmüşdülər. Daşkörpü daha sonra ətrafdan gələn insanların məskunlaşması ilə genişlənərək əvvəlcə Kocaelinin Qaramürsəl rayonuna, sonra da Yalovaya birləşdirilmişdir. Kənd 2 noyabr 1991-ci ildə bələdiyyə statusu alaraq bəldəyə çevrilmişdir.

İstinadlar

Kateqoriya:Çiftlikköy ilçəsinin bəldə və kəndləri