Konstantin Valeryeviç Malofeev (; ) — Rusiya iş adamı və "Dvuqlavıy oryol" Rusiya Tarixi Təhsilinin İnkişafı Cəmiyyəti adlı qeyri-hökumət və monarxist təşkilatın sədri. O, rus pravoslav xristianlığına həsr olunmuş və Rusiya Prezidenti Vladimir Putini dəstəkləyən "Tsargrad" media qrupunun sədridir. O, "Marshall Capital Partners" beynəlxalq investisiya fondunun həmtəsisçisi, "Safe Internet League" qeyri-kommersiya tərəfdaşlığı qəyyumlar şurasının üzvü və Müqəddəs Böyük Vasili Xeyriyyə Fondunun sədridir.

Siyasət 17 oktyabr 2012-ci ildə Malofeyev namizədliyini elan etmiş və 18 noyabrda səslərin əksəriyyətini (74,85%) qazanaraq Smolensk vilayətinin Uqran rayonunun Znamenskoye Kənd Qəsəbəsinin Deputatlar Şurasına seçilmişdir. Onun seçilməsi Smolenskdəki Vyazem regional məhkəməsinin Malofeyevin namizədliyini ləğv etməsinə və seçkilərdə korrupsiya ittihamı ilə onu seçki bülletenindən çıxarmasına baxmayaraq baş tutmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Malofeyev ona verdiyi hər səsə görə 500 rubl ödəməyi təklif etmi.dir.

Şəxsi həyat Malofeyev "Monastyrsky, Zyuba, Stepanov & Partners"də hüquqşünas olan İrina Mixaylovna Vilter ilə evlidir. Onların üç övladı var: Kirill (1995-ci il təvəllüdlü), Natalya (1999-cu il təvəllüdlü) və Tatyana (2011-ci il təvəllüdlü).

İstinadlar

Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Rusiya iş adamları Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:Rusiya mesenatları Kateqoriya:Rusiya milyarderləri Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları