Rozalinda () — Uranın daxili peyki. Eyni zamanda Uran XIII kimi də tanınır. 13 yanvar 1986-cı ildə Voyacer 2 tərəfindən çəkilmiş şəkillərdən aşkar edilmiş və müvəqqəti olaraq S/1986 U 4 kimi adlandırılmışdır. Vilyam Şekspirin "İstədiyiniz kimi" pyesindəki sürgün edilmiş hersoq qızının adını daşıyır.
Rozalinda Uran planetinin ətrafında fırlanan kəşf edilmiş 27 peykdən biridir və tərəfindən Voyacer 2-nin köməyi ilə kəşf edilmişdir. Rozalinda "Uranın Daxili Peyk Qrupu"nun üzvüdür.
Rozalinda həmçinin Bianka, Kressida, Desdemona, Porsiya, Cülyetta, Kupid, Belinda və Perdita-nın da daxil olduğu Porsiya peyk qrupuna aiddir. Bu peyklər oxşar orbit və fotometrik xüsusiyyətlərə malikdir.
Voyacer 2 vasitəsilə əldə edilmiş görüntülərində demək olar ki, sferik obyekt kimi görünür. Onun sferoidinin oxlarının nisbəti 0,8–1,0 kimidir və səthi boz rəngdədir.
Rozalinda Uranın digər peyki Kordeliya ilə 3:5 nisbətində orbital rezonansa çox yaxındır.
Fiziki parametrləri Kütləsi 254.773.633.626.523.000 kq olaraq təxmin edilir. Sıxlığı 1,3 q/sm3 olaraq hesablanmışdır. Ekvatorunun radiusu isə 36.00 km-dir. Rozalindada 111 km/saat-dır.
Orbit elementləri Rozalindanın orbital periodu, yəni Uranın ətrafında bir orbiti tamamlamaq üçün lazım olan müddət 0,55846 gündür. Bu rəqəm həm də siderik period hesab olunur. Rozalindanın orbitinin meyli, 0,28°-dir. Orbitin ekssentrisitisi 0,0001, böyük yarımoxu isə 69,9 103 km-dir ki, bu da mərkəzdən elliptik orbitin kənarına qədər olan ən uzaq nöqtədir.
İstinadlar
Həmçinin bax Uran (planet) Təbii peyk Uranın peykləri
Xarici keçidlər
Rosalind Profile by NASA's Solar System Exploration Uranus' Known Satellites
Kateqoriya:Astronomiya Kateqoriya:Uranın peykləri