Emil Ramil oğlu Mustafayev (; ) — "Sumqayıt" Futbol Klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar futbolçu. Ukraynada anadan olub, Azərbaycan Milli Komandasını təmsil edir.
Karyerası Mustafayev Kirovoqrad vilayətinin müxtəlif gənclər idman məktəbinin yetirməsi olmuş və 5 yaşından etibarən futbol oynamağa başlamışdır.
O, həmçinin bir mövsüm futzal üzrə "Tarasivka" FK-da oynamış, 2018-ci ilin avqustunda Ukrayna Premyer Liqasında çıxış edən "Oleksandriya" FK ilə müqavilə imzalamışdır. Mustafayev Ukrayna Premyer Liqasında debütünü 9 may 2021-ci ildə "Zorya Luhansk" FK-ya qarşı səfərdə uduzduqları oyunda ikinci hissədə əvəzedici oyunçu kimi çıxış etmişdir. Hal-hazırda "Sumqayıt" komandasında icarə əsasında çıxış edir.
Beynəlxalq karyerası Emil Mustafayev Ukraynada anadan olsa da, Azərbaycan əsilli olduğu üçün 2021-ci ilin noyabrında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıb. O, böyüklərdən ibarət Azərbaycan millisində debütünü 22 mart 2024-cü ildə Monqolustan millisi ilə yoldaşlıq oyununda edib.
İstinadlar
Xarici keçidlər
Transfermarkt saytında profili
Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:Ukrayna azərbaycanlıları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri