Samara Ortis () — Deportivo La-Korunya FK klubunda müdafiəçi kimi çıxış edən futbolçu.

Şəxsi həyat Ortiz İspaniyada anadan olub. Onun əkiz bacısı Malena da futbolçudur. Futboldan əlavə o, Alkala Universitetində Ətraf Mühit Elmləri üzrə təhsil alıb.

Klub karyerası Ortiz karyerasına əkiz bacısı ilə birlikdə Rayo Valyekano akademiyasında başlayıb. Bacılar hər ikisi "CD Canillas" və sonra onun varisi CD Tacón klubunda oynayıb, hansı ki, daha sonra Real Madrin klubuna çevrilib. 2021-ci ilin yayında Samara Ortiz Danimarkanın Brøndby klubuna qoşulub, beləliklə bacılar ilk dəfə ayrılıblar. Danimarkada bir mövsümdən sonra Ortiz İspaniyaya qayıtmağa qərar verib və 2022–23 mövsümü üçün Deportivo La Korunyaya qoşulub.

Beynəlxalq karyera Ortiz 2014-cü ildə Azərbaycan vətəndaşı olub və sentyabrın 13-də 19 yaşadək futbolçulardan ibarət komandanın heyətində Ukrayna ilə oyunda debüt edib.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya:Madriddə doğulmuş futbolçular