Ehtiram Şahverdiyev () — Azərbaycan futbolçusu, "Səbail" klubunun yarımmüdafiəçisi.

Həyatı Extiram Şahverdiyev 1996-cı il oktyabrın 1-də Bakıda anadan olub. 2003–2013-cü illərdə Bakı şəhər 159 nömrəli (1–3-cü siniflər), 13 nömrəli (3–7-ci siniflər) və 2 nömrəli (8–11-ci siniflər) tam orta məktəblərində orta təhsil alıb. Futbola 11 yaşında Rəşad Əliyevin rəhbərliyi altında "Təhsil" FK-da başlayıb. Daha sonra 2008-ci ildə müəllimi Elbrus Rzayev olan "Xudafərin" FK-ya keçid edib.

Karyerası 14 yaşından"Qəbələ" Futbol Akademiyasının çempionatımıza təsiri Layihə "Qəbələ" FK-nın futbol akademiyasının yetirməsi olan Ehtiram Şahverdiyev 23 aprel 2016-cı ildə Azərbaycan Premyer Liqasının XXXI turunun Xəzər Lənkəran FK komandası ilə oyununda klubun əsas komandasında debüt edib. Matçın 82-ci dəqiqəsində əvəzedici kimi meydana çıxıb. O, həmçinin komandanın əvəzedici kimidə oynayıb, 2015/16 mövsümündə vurduğu 17 qolla onun bombardiri olub. 2017-ci ilin yanvarında 2,5 illik müqavilə bağladığı Sumqayıt FK-ya keçid edib. O, klubda 77 nömrə altında çıxış edirdi.

Şahverdiyev 30 iyun 2022-ci ildə "Turan Tovuz" klubu ilə birillik müqavilə imzalayıb. Şahverdiyev 7 iyul 2023-cü ildə müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edildikdən sonra "Turan Tovuz"dan ayrıldı.

Həmin il "Kəpəz"ə qoşuldu. 8 iyul 2026-cı ildə klubdan ayrıldı. 32 matçda meydana çıxan 29 yaşlı yarımmüdafiəçi 1 qol vurub. 15 iyulda "Səbail"ə keçdi.

UEFA Avropa Liqası Ehtiram Şahverdiyev Qəbələ FK-nın 2016/17 mövsümü üçün UEFA Avropa Liqasında iştirak etmək üçün ərizələr siyahısına daxil edilib.

Nailiyyətləri 2012/13 mövsümündə 44 qolla U-17 liqasının bombardiri.Bombardir mükafatlandırıldı 2015/16 mövsümündə Premyer Liqa komandalarının əvəzedici heyətləri arasında Azərbaycan çempionatının ən yaxşı snayperi olub."Qəbələ"nin debütantı danışdı: Öz oyunumdan razı qalmadım

İstinadlar

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Səbail FK futbolçuları