Molla İbrahimxəlil Məhəmməd oğlu və ya təxəllüsü ilə Molla İbrahimxəlil Dodui () — Azərbaycan şairi.

Həyatı Molla İbrahimxəlil Məhəmməd oğlu 1860-cı ildə Şəki şəhərinin Dodu məhəlləsində anadan olub. Dodu məhəlləsində doğulduğuna görə də təxəllüsünü Dodui qoyub. Şeirlərini "İbrahim" və ya "Dodui" təxəllüsü ilə qələmə alıb. Ərəb, fars dillərini mükəmnəl bilmiş, məhəllə mollası təyin olmuş, ruhani şair kimi tanınıb. Molla İbrahimxəlil klassik şeirin ayrı-ayrı şəkillərində şeirlər yazıb, lakin əsərləri divan halında toplanmayıb. Şairin əsərlərində diqqət çəkən məqamlardan biri də odur ki, özü ruhanilik etsə də, bəzi mollaların, ruhanilərin naqisliyini, eyiblərini açıq tənqid edib. Buna baxmayaraq o Küdudlu qəryəsində prixod mollalığına təyin olunub, ruhanilər silkinə də daxil olmuşdur.

Molla İbrahimxəlil Dodui 1900-cü ildə 40 yaşında vəfat edib.Ramiz Orsər. Şəkidən gələn səslər. Bakı: Elm və Təhsil, 2018, səh. 166

İstinadlar

Kateqoriya:XIX əsr Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan şairləri