Vladimir Valeryeviç Oseçkin ( ; ) — Rusiya hüquq müdafiəçisi. Parisdə "Gulagu.net" antikorrupsiya saytını idarə edir.High-ranking Russian officials are defecting. This man is aiding them. by Melissa Bell, Saskya Vandoorne and Joseph Ataman, CNN, January 25, 2023.

Həyatı 2021-ci ilin noyabrında Oseçkin Rusiya həbsxanalarında məhbusların həbsxana məmurları tərəfindən yönəldilmiş yüzlərlə zorlama və işgəncə halları ilə bağlı böyük bir sənəd, foto və video arxivini sızdırdıqdan sonra Rusiya dövləti tərəfindən axtarışa verilmişdi.Russia adds prison rights campaigner to wanted list after torture videos leak , 2021-11-12 by Reuters Arxivi məlumat verən Sergey Saveliyev toplamışdır. Oseçkin Rusiya həbsxanalarında və FSB-də bir sıra digər mənbələrdən də istifadə etmişdir.Vladimir Osechkin. Interview with an ex-FSB agent about the war and the "Death Factory" . YouTube video (Russian), by Odesa Film Studio Oseçkinin fəaliyyəti nəticəsində Saratov regional həbsxanasının 18 əməkdaşı işdən çıxarılmış, daxili yoxlamadan sonra 5 cinayət işi başlanılmışdır.

2022-ci ilin avqustunda Oseçkin keçmiş Rusiya əsgəri və dissident Pavel Filatyevi "Gulagu.net"in köməyi ilə ölkədən qaçmağa çağırmış, Filatyev bunu 13 avqust 2022-ci ildə buna nail olmuşdur. Daha sonra Oseçkin elan etmişdir ki, "Gulagu.net" dissident əsgərlərin Rusiyadan qaçmasına yardım proqramını dayandıracaq, çünki Pavel Filatyev "ukraynalıların qətlləri ilə bağlı məlumatı gizlətdiyini etiraf edir", həmçinin Filatyevin müharibə xatirələrini yazmaqdan alacağı pulu Ukrayna fondlarına göndərmək vədini yerinə yetirməkdən imtina edir.

İstinadlar

Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Rusiyada işgəncə Kateqoriya:Rusiya iş adamları Kateqoriya:Siyasi mühacirlər