– Yaponiya jurnalisti və siyasətçisi.

Həyatı Teysuke Akiyama 1868-ci ildə Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra bir müddət hökumətin audit bürosunda işləmişdir.

Fəaliyyəti Akiyama 1893-cü ildə Yaponiyada "Niroku Shimpo" qəzetini təsis etsə də, qəzet 1894-cü ildə bağlanmış, 1900-cü ildə yenidən təsis etmişdir. O, mübahisəli reportaj üslublarının qabaqcılı olmuş, Mitsui maliyyə qruplaşmasının biznes fəaliyyətlərinə hücum edən, fahişəliklə mübarizə aparan və əmək həmrəyliyini müdafiə edən kampaniyalar aparmışdır.

1902-ci ildə Yaponiya parlamentinə seçilmiş, Katsura hökumətinin büdcə xərcləri siyasətini və Rus-yapon müharibəsi zamanı apardığı danışıqları tənqid etmişdir. Məmurlar onun bu mövqeyindən qəzəblənmiş, onu Rusiya casusu olmaqla ittiham etmiş və ona parlamentdə hücum etmişdirlər. Akiyama 1904-cü ildə parlamentdən istefa etməyə məcbur olmuş, qəzeti müvəqqəti bağlanmışdır. O, nəşrə "Tokyo Niroku Shimpo" adı ilə davam etsə də, əvvəlki populyarlığını qazana bilməmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Kotobank saytında

Kateqoriya:Yaponiya jurnalistləri Kateqoriya:Yaponiya siyasətçiləri