Oyunun sonu və ya Yüksək səviyyə ( - "Son səviyyə") — rejissor Co Karnahanın öz ssenarisi əsasında çəkmiş olduğu elmi fantastik döyüş filmidir. Filmdə baş rolları Frenk Qrillo, Naomi Uotts və Mel Gibson canlandırmışdırlar.

Entertainment Studios Motion Pictures şirkəti filmi əvvəlcə 16 avqust 2019-cu ildə nümayiş etdirməyi planlaşdırmış olsa da, sonradan filmin bu tarixdə nümayiş etdirilməsi təxirə salınmışdır. Daha sonra isə filmin yayım hüquqları Hulu tərəfindən satın alınmış və film 5 mart 2021-ci ildə ABŞ-da nümayiş olunmuşdur. Filmin Rusiyada nümayişi isə 11 mart 2021-ci ildə baş tutmuşdur.

Süjet xətti

Keçmişdə xüsusi təyinatlı olmuş Roy Palver üçün hər gün eyni cür başlayır: yuxudan oyanan kimi əli xəncərli biri ona hücum çəkir, ardınca helikopterdə olan pulyemotçu evində salamat bir yer qoymur. Hələ bu harasıdır?! Hədəflərini Adolf Hitlerin şəxsi tapançası ilə öldürən muzdlu qadın, düşmənlərinin başını kəsən çinli qılıncoynadan, adamları diri-diri partladan bəstəboy psixopat və başqaları ilə mübarizə aparır. Roy Palver hər gün təkrar olunan bu “zaman ilməsinə” necə düşdüyünü özü də başa düşmür. Bu sanki bir oyundur, hər dəfə keçə bilmədiyi mərhələni yenidən başlamalı olur. O, artıq öldüyü günlərin sayını da itirib. Ancaq sonda o hər şeyi başa düşərək düşmənlərinə qalib gəlməyi bacarır.

Rollarda

Frenk Qrillo — Roy Palver Mel Gibson — polkovnik Klayv Ventor Uill Sasso — Brett Naomi Uotts — Cemma Uells Annabel Vallis — Elis Rob Qronkovski — helikopterdəki pulemyotçu Ken Conq — şef Ceyk Mişel Yeo — Dai Fen Rio Qrillo — Coy Matilda Ollivie — Qabriel Selena Lo — Quanini Kuinton Cekson və Rəşad Evans — «zənci əkizlər» Son Makkinni — Deyv

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Elmi fantastika filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:İngilis dilində elmi fantastika filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:ABŞ-nin elmi fantastika filmləri Kateqoriya:2020-ci ilin filmləri Kateqoriya:2020-ci illərin filmləri Kateqoriya:2020-ci illərin ABŞ filmləri Kateqoriya:2020-ci ilin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin qara yumor filmləri Kateqoriya:Videooyunlar haqqında filmlər Kateqoriya:Rejissor Co Karnahanın filmləri Kateqoriya:Co Karnahanın prodüseri olduğu filmlər Kateqoriya:Klinton Şorterin bəstəkarı olduğu filmlər Kateqoriya:Atlanta haqqında filmlər Kateqoriya:Atlantada çəkilmiş filmlər Kateqoriya:Savannada (Corciya) çəkilən filmlər Kateqoriya:Co Karnahanın ssenari müəllifi olduğu filmlər Kateqoriya:Hulu orijinal filmləri Kateqoriya:MoviePass Films filmləri Kateqoriya:Zaman döngüsü filmləri Kateqoriya:2020-ci illərin ingilis dilli filmləri Kateqoriya:2020-ci illərin zaman səyahəti filmləri Kateqoriya:2021-ci ilin ABŞ filmləri Kateqoriya:2020-ci ilin ABŞ filmləri Kateqoriya:Rendell Emmettin prodüseri olduğu filmlər