– Yaponiya filosofu, şairi və pedaqoqu. Şintayşi hərəkatının qabaqcılı olmuş, alman idealizmini müdafiə etmişdir.
Həyatı İnoue Tetsuciro 1856-cı ildə Yaponiyanın Çikuzen əyalətində (indiki Fukuoka prefekturası) doğulmuşdur. Tokuzan Nakamuranın rəhbərliyi altında Çin klassiklərini oxumuş, 1875-ci ildə Tokio Kaysey Məktəbinə daxil olmuşdur.
1880-ci ildə Tokio Universitetinin fəlsəfə fakültəsindən məzun olmuşdur. 1882-ci ildə Tokio Universitetinin dosenti olmuşdur. Həmin il "Şintayşişo" poeziya kitabının həmmüəlliflərindən biri olmuş, Toyama Masakazu və Ryokiçi Yatabe ilə birlikdə Şintayşi hərəkatının qabaqcıllarından biri olmuşdur. 1884-cü ildə təhsil almaq üçün Almaniyaya getmişdir. 1890-cı ildə Tokio Universitetinin professoru olmuşdur. Bütün akademik karyerasını 1923-cü ilə qədər Tokio Universitetində fəlsəfə dərsi verməklə keçirmişdir. 1895-ci ildə Yaponiya Elmlər Akademiyasının üzvü olmuş, Tokio Universitetinin ədəbiyyat fakültəsinin dekanı təyin olunmuşdur.
İnoue Yaponiyanın akademik dünyasına alman idelizmini gətirməsinə görə tanınır. Buddizm və konfusiçilik ilə maraqlanmış, Şərq və Qərb düşüncəsinin sintezini axtarmışdır. Mədəni Tədqiqat Komitəsinin üzvü olmuşdur. Milliyyətçi olmuş, xristianlığın Yaponiyanın milli siyasəti üçün təhlükə ərz etdiyini bildirmiş, imperator və ölkəyə sədaqətin vacibliyini vurğulamışdır.
Əsərləri Əsas əsərlərinə və aiddir. "Şərq incəsənəti və elm", "Uzaq Şərqdə işıq" kimi jurnalları redaktə etmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya filosofları Kateqoriya:Yaponiya şairləri Kateqoriya:Yaponiya milliyyətçiləri Kateqoriya:Xristianlığın tənqidçiləri Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları