Mateuş Koxalski (; ) — Azərbaycanın "Qarabağ" futbol klubunda qapıçı kimi çıxış edən polşalı peşəkar futbolçu.

Klub karyerası

Gənclik karyerası Koxalski futbola BSK Lublin futbol akademiyasında başlamış, 2015-ci ildən Legiya Varşava klubunda gənclər səviyyəsində oynamışdır. Futbolçu 2016-cı ildə 19 yaşadək gənclərdən ibarət komandaya qoşulub.

Legiya Varşava FK Koxalski mövsümün sonunda, 2017-ci ildən etibarən klubun ikinci komandasında, "Legiya Varşava II"-də oynamağa başlayıb. Futbolçu yeni mövsümdə də ehtiyat qapıçı olmuş və buna görə debüt edə bilməmişdir.

2018-ci ilin fevral ayında futbolçu mövsümün sonuna qədər icarə əsasında Leginoviya Legionovo klubuna transfer edilib. O, klubda debütünü 11 mart 2018-ci ildə "Radomyak Radom" klubu ilə matçda edib. Futbolçu dərhal sonra klubun əsas qapıçısına çevrilmişdir. O, icarə müqaviləsi başa çatdıqdan sonra klubu tərk edib. 2018-ci ilin iyulunda isə futbolçu mövsümün sonuna qədər icarə əsasında Radomiak-a transfer edilib. O, klubda debütünü 4 avqust 2018-ci ildə "GKS Belxatuv" klubu ilə matçda etmişdir. Mövsüm boyu futbolçu əvvəlcə ehtiyat qapıçı olmuş, həmin mövsüm klub və Koxalski çempion olmuş və o, növbəti mövsümdə klubun əsas qapıçısı kimi çıxış etmişdir. 2020-ci ilin fevralında o, Legiya klubuna geri qayıdıb.

Koxalski icarədən qayıtdıqdan sonra Varşava klubunun gənclər komandasına keçsə də, COVID-19 pandemiyası səbəbi ilə çempionatın dayandırılmasına görə heç bir matça çıxmayıb. 2020-ci ilin yayında futbolçu yeni mövsümün hazırlığına klubun ikinci komandası ilə davam edib. O, bu klubda 2020-ci il avqustun 9-da "Radomsko" klubu ilə matçda debüt edib. Koxalski Leqiya Varşava II-nin heyətində cəmi 2 oyun keçirə bilib.

2020-ci ilin avqustunda futbolçu mövsümün sonuna kimi "Radomyak"a icarəyə verilib. O, bu klubdakı ilk oyununu 22 avqust 2020-ci ildə Polşa kuboku çərçivəsində "Medz Leqnisa" klubuna qarşı oynayıb. Çempionatda isə klubdakı ilk oyunu 29 avqust 2020-ci ildə "Vidzev Lodz" klubuna qarşı olmuş, futbolçu dərhal klubun əsas qapıçısına çevrilmişdir. O, mövsüm ərzində klubdakı bütün oyunlarda qapıçı kimi oynamış və klubla birlikdə I liqanın çempionu olmuşdur. Futbolçu icarə müqaviləsi başa çatdıqdan sonra klubu tərk edib.

Futbolçu yeni mövsümə Legiya Varşava klubunun əsas komandasının tərkibində başlayıb. 2021-ci ilin iyulunda Legiya ilə birlikdə UEFA Çempionlar Liqasının seçmə oyunlarında iştirak edib, klubla birlikdə 3-cü təsnifat mərhələsinə adlayıb, bundan sonra əsas komandada debüt etmədən icarə müqaviləsi əsasında "Radomyak"a qayıdıb. O, bu klubda bütün mövsümü ehtiyat oyunçular skamyasında keçirərək əsas qapıçı statusunu da itirib. Onun Polşa çempionatındakı debütü 22 aprel 2022-ci ildə "Krakov"a qarşı matçda olub. 2022-ci ilin iyununda oyunçu icarə müddəti bitdikdən sonra klubu tərk edib.

Stal Melets FK Koxalski 21 iyun 2022-ci ildə yeddi ildən sonra Polşanın Legiya futbol klubundan ayrılaraq "Stal Melets" klubu ilə üç illik müqavilə bağladı. O, klubun ilk seçim qapıçısı olan Bartosz Mrozek üçün ehtiyat oyunçu kimi bir il keçirdi və daha sonra Futbol üzrə Polşa Çempionatının 2023–24-cü il mövsümün başlanğıcından başlayaraq klubun əsas heyətinə keçdi. Koxalski həmin mövsüm boyu iştirak etdiyi 33 oyundan doqquzunda qapını təmiz saxlamış və 111 qurtarış etmişdir ki, bu da öz həmyaşıdlarından on iki dəfə çoxdur. O, 2023–24 mövsümünün sonunda "Mövsümün qapıçısı" seçilib.

Qarabağ FK Koxalski 2024-cü il avqustun 15-də açıqlanmayan ödəniş müqabilində daha bir əlavə il seçimi də daxil olmaqla üç illik müqavilə ilə Azərbaycanın "Qarabağ" klubuna transfer edilib.

Mateuş Koxalski UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox seyv edən qolkiperlər sırasında daxil olub.

Beynəlxalq karyera Koxalski gənclərdən ibarət milli komanda da oyunçu olmuşdur. O, böyüklər üçün milli komanda da isə ilk dəfə 2024-cü ilin iyununda oynamış, Polşanın UEFA Avro 2024 öncəsi hazırlıq düşərgəsində zədəli Olivier Zıxı əvəz etmişdir.

Karyera statistikası

+Klub, mövsüm və müsabiqəyə görə oyunlar və qollarKlubMövsümLiqaKubokDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolLegiya Varşava II FK2016–17III liqa00——002017–18III liqa00——002020–21III liqa20——20Ümumi2000—20Legionoviya (icarə)2017–18II liqa100——100Radomiyak Radom FK (icarə)2018–19II liqa11010—1202019–20I liqa14000—1402020–21I liqa34030—3702021–22Ekstraklasa1010—20Ümumi60050—650Legiya Varşava FK2020–21Ekstraklasa0000—00Stal Melets FK2022–23Ekstraklasa0010—102023–24Ekstraklasa33000—3302024–25Ekstraklasa4000—40Ümumi37010—380Qarabağ2024–25Azərbaycan Premyer Liqası30002050Ümumi112060201200

Nailiyyətlər Radomyak Radom FK

I liqanın qalibi: 2020–21 II liqanın qalibi: 2018–19

Fərdi

"Mövsümün qapıçısı": Ekstraklasa 2023–24

İstinadlar

Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Polşanın kişi futbolçuları Kateqoriya:Legiya Varşava FK futbolçuları Kateqoriya:III liqa futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol qapıçıları