Bu gün sən öləcəksən () — rejissor Don E. Font LeRoyun çəkdiyi və Stiven Siqalın baş rolda oynadığı cinayət döyüş janrında olan filmdir. Filmin premyerası 13 sentyabr 2005-ci ildə baş tutmuşdur.
Filmin şüarı “Niyə Siqal Las Veqasdadır? Bəlkə də onu məhv etmək üçün” olmuşdur.
Süjet xətti
Böyük bir kriminal təcrübəyə malik olan Harlan Benks qəfildən cinayətkar keçmişi ilə vidalaşmaq və yeni bir həyata başlamaq qərarına gəlir. Onun cazibədar sevgilisi də ona bu işdə dəstək olur. Artıq o, sakit, rahat, ölçülüb-biçilmiş bir həyat sürmək fikrindədir. Bunun üçün də Harlan yük maşını sürücüsü kimi “normal” işə düzəlir.
İlk tapşırığını alan Benks Las-Veqasa gedir və burada təsadüfən soyğunçuluqla məşğul olmalı olur. Cinayətkar dəstə kimliyi dəqiq məlum olmayan Maks adında birinin adından hərəkət edərək onu cinayətə cəlb edir və onlar birlikdə külli miqdarda bankdan pul oğurlayırlar.
Oğurlanmış pulla dolu olan yük maşınını idarə edən Harlanı polislər qovalamağa başlayırlar. Şəhərin demək olar bütün polis maşınları onu izləyir, lakin sonda Harlan yolda çox sayda avtomobil qəzaları törətmək hesabına olsa belə canını polislərdən xilas edə bilir. Lakin axırda o da, qəza edir və başı maşının sükanına dəyərək huşunu itirir. Özünə gələndə isə filmin qəhrəmanı polislər tərəfindən həbs olunduğunu başa düşür. İndi onun qarşısında duran əsas vəzifə onun kim tərəfindən və nəyə görə etmədiyi bir cinayətə görə şərlənərək həbsə atıldığını öyrənməkdir. Bunu öyrənmək üçün isə əvvəlcə azadlığa çıxmalıdır.
Rollarda
İstinadlar
Kateqoriya:Las-Veqas Valleydə çəkilmiş filmlər Kateqoriya:2005-ci ilin ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:İngilis dilində döyüş filmləri Kateqoriya:Rendell Emmettin prodüseri olduğu filmlər