Göknur Gülərüz (4 fevral 2003) — Türkiyə Qadın Futbolu üzrə Super Liqada Fənərbaxçada 21 nömrəli forma ilə çıxış edən türk qadın futbolçu. O, Türkiyə millisində qapıçı kimi çıxış edir.
Gülərüz, Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının da futbolçusu olub.
Həyatı Göknur Gülərüz 4 fevral 2003-cü ildə Hatayın Antakya rayonunda anadan olub. O, orta məktəb təhsilini Hataydakı Özəl Birfen Kollecində tamamlayıb.
Klub Karyerası Gülərüz futbol karyerasına 12 yaşında, orta məktəbdə təhsil alarkən başlayıb. O lisenziyasını 10 sentyabr 2015-ci ildə Hatay Defne Spor Birfen Kollecinin məktəb komandasından alıb. 2016-cı ilə qədər gənclər komandasında çıxış edib.
O elə orta məktəbdə oxuyarkən Tavla Gençlikspora icarəyə verilib. Bu komandanın tərkibində Türkiyə Qızlar Gənclər Çempionatında və Türkiyə Qadınlararası Üçüncü Futbol Liqasında oynayıb. 2017 və 2019-cu illər arasındakı üç mövsümdə o, 24 matçda meydana çıxıb.
Bir illik fasilədən sonra 2021–22 Türkiyə Qadın Futbolu Super Liqasında oynamaq üçün Trabzonspora transfer olub.
2022-ci ilin avqustunda İstanbula köçüb və Fənərbaxça ilə müqavilə imzalayıb.
Milli Komanda Karyerası
Azərbaycan Gülərüz 2022-ci ilin noyabrında Xorvatiya ilə yoldaşlıq oyunu üçün Azərbaycanın qadınlardan ibarət milli futbol komandasına çağırılıb. O, 2023-cü ilin aprelində iki yoldaşlıq oyunu üçün heyətdə olub. 2023-cü ilin sentyabrında 2023–24 UEFA Qadınlar Millətlər Liqasının C Liqasında iki matçda iştirak edib. Meydanda aktiv olmadan, bütün matçlarda ehtiyat(əvəzedici) qapıçı kimi çıxış edib. Daha sonra isə Azərbaycan milli futbol komandasındakı karyerasını bitirmək qərarına gəlib.
Türkiyə Gülərüz qısa müddətdə Türkiyənin qadınlardan ibarət milli futbol komandasını seçib. O, 2023-cü ilin noyabr ayında komandaya qəbul edilib və 2023–24 UEFA Qadınlar Millətlər Liqası C-də Gürcüstana qarşı matçda Selda Akgözü əvəz edərək debüt edib.
Karyera Statistikası KlubMövsümLiqaKontinentalMilliCəmiDiviziya Oyunlar Qollar Oyunlar Qollar Oyunlar Qollar Oyunlar QollarTavla Gençlikspor2017–18 Üçüncü liqa12 10 – – – – 12 102018–19 Üçüncü liqa6 6 – – – – 6 62019–20 Üçüncü liqa6 0 – – – – 6 0Cəmi24 16 – – – – 24 16Trabzonspor2021–22Super Liqa22 0 – – – – 22 0Cəmi22 0 – – – – 22 0Fənərbaxça2022–23 Super Liqa13 0 – – – – 13 02023–24 Super Liqa11 0 – – 1 0 12 0Cəmi24 0 – – 1 0 25 0Karyera cəmi70 16 – – 1 0 71 16
Uğurları
Türkiyə Qadınlar Futbol Super Liqası Fənərbaxça
İkinci yer (1): 2022–23
Türkiyə Qadınlar Üçüncü Futbol Liqası Tavla Gençlikspor Çempion (2): 2018–19, 2019–20
İkinci yer (1): 2017–18
Həmçinin bax Azərbaycanın qadınlardan ibarət milli futbol komandası
İstinadlar