Məzmun Film həqiqətən baş vermiş hadisə – 1958-ci ilin yayında Abşeron çimərliklərindən birində dənizdə batan uşaqları xilas edərkən özü həlak olan Bakı məktəblisi Tofiq Hüseynova ithaf edilmişdir. Kinolent həlak olmuş gəncin məhz kimləri xilas etdiyi, xilas edilmiş qızların sonrakı taleyi barədə söhbət açır, filmdə müxtəlif talelər, xarakterlər açıqlanır.

Film haqqında Film aktyor Rafael Dadaşovun kinoda ilk işidir. Filmdə mövzudan mövzuya keçid o qədər dəqiq qurulmamışdır. Həmçinin rejissor filmdə aktyorluq qabiliyyəti olmayan şəxsləri çəkmişdir. Yazıçı Anar Murad rolunun öhdəsindən gələ bilmir. Maraqlıdır ki, 1958-ci ildə dənizdə baş vermiş faciəli hadisə filmin çəkilişi zamanı yenidən təkrar olunacaqdı : bərk külək sahilə yaxın yerdə çimən balaca uşağı çəkib dənizin içərilərinə doğru aparır. Xoşbəxtlikdən Rüstəm rolunun ifaçısı, aktyor Ömür Nağıyev yaxınlıqda imiş. O. suya tullanıb batan uşağı xilas edir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Alla Axundova, Hüseyn Seyidzadənin iştirakı ilə Quruluşçu rejissor: Eldar Quliyev Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Kamil Nəcəfzadə Geyim üzrə rəssam: Kamil Nəcəfzadə Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Ələkbər Həsənzadə Rejissor: Əşrəf Mamayev Qrim üzrə rəssam: S. Pozdeyeva Montaj edən: Tahirə Babayeva Quraşdırılmış səhnələrin rəssamı: Kamil Nəcəfzadə Quraşdırılmış səhnələrin operatoru: Şərif Şərifov Rejissor assistentləri: Y. Əhmədov, N. İbrahimov Rejissor köməkçiləri: Vaqif Əsədullayev, Azər Zamanlı Operator assistentləri: Ələsgər Ələkbərov, Rafiq Əmirov Geyim üzrə assistent: A. Stepanova Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Redaktorlar: İntiqam Qasımzadə, Nataliya Şneyer Filmin direktoru: Yusif Yusifzadə

Rollarda Rafael Dadaşov — İsa Valentina Aslanova — Solmaz G. Salmanlı — Solmaz (uşaq) Yelena Çuxray — Sona A. Orucova — Sona (uşaq) Nurəngiz Gün (Nurəngiz Quliyeva kimi) — Zeynəb A. Zeynalova — Zeynəb (uşaq) Həsənağa Turabov — Şəmsi Anar — Murad Süsən Məcidova (Susanna Məcidova kimi) — Şəhla xanım Sofa Bəsirzadə — Səkinə xanım Ömür Nağıyev — Rüstəm Sadıq Həsənzadə — Rüstəmin atası Sədayə Mustafayeva — Rüstəmin anası Arzu Səfərova — Nigar A. Nağıyeva — şlyapalı qız K. Məlikova A. Nəcəfzadə L. Sarabskaya Tatyana Xaritonova Muxtar Maniyev — kino işçisi Hüseynağa Sadıqov — Qəmbər Məleykə Ağazadə — aktrisa (titrlərdə yoxdur) Dadaş Kazımov — balıqtutan (titrlərdə yoxdur) Nadir Əsgərov — çimərlikdəki adam (titrlərdə yoxdur) Fazil Salayev — Zeynəbə söz atan (titrlərdə yoxdur) Mirzəbala Məlikov — qrim edilən (titrlərdə yoxdur)

Filmi səsləndirənlər Şahmar Ələkbərov — İsa (Rafael Dadaşov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Zeynəb (Nurəngiz Gün) (titrlərdə yoxdur) Amaliya Pənahova — Sona (Yelena Çuxray) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Solmaz (Valentina Aslanova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Rüstəmin atası (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)

Mənbə “Yaşayın, qızlar”. [Ssenarisi Alla Axundova və rejissor Hüseyn Seyidzadənin iştirakı ilə yazılan "Azərbaycanfilm" kinostudiyasında çəkilməsinə hazırlıq görülən Tofiq Hüseynova həsr olunmuş eyniadlı film haqqında] //Ədəbiyyat və incəsənət.- 1972.- 19 fevral.- səh. 15. Газ. "Молодежь Азербайджана", 30 января 1973 г. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 180; 183-185. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Alternativ adları olan Azərbaycan filmləri Kateqoriya:Eldar Quliyevin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri