Pavel Kutaxov Stepanoviç () — sovet hərbi xadimi, Baş aviasiya marşalı (1972), Sovet İttifaqı Qəhrəmanı (1943), SSRİ-nin əməkdar hərbi təyyarəçisi (1966). 1942 ildən Sov. İKP üzvü. 1935-ci ildən Sovet Ordusunda xidmətdə olmuşdur. Stalinqrad hərbi təyyarəçilik məktəbini (1938), Ali zabit ucuş-taktiki kurslarını (1949), Baş Qərargah Hərbi Akademiyasını (1957) bitirmişdir. Sovet Ordusunun Qərbi Ukrayna və Qərbi Belorusiyaya azadlıq yürüşündə (1939) və Sovet-Finlandiya müharibəsində (1939–1940) iştirak etmişdir.

İkinci Dünya müharibəsi Böyük Vətən müharibəsində (1941–1945) 367 döyüş uçuşu keçirmiş, 79 hava döyüşündə iştirak etmiş, düşmənin şəxsən 14 təyyarəsini, qurup tərkibində isə 28 təyyarəsini vurmuşdur. Müharibədən sonra aviasiya birləşmə və birliklərinə komandanlıq etmişdi. 1967-ci ildən HHQ baş komandanının müavini, 1969-cu ildən baş komandanı və SSRİ müdafiə nazirinin müavi olmuşdur. HHQ-nin və sovet kosmonavtikasının inkişafında böyük xidmətləri olmuşdur. Sov. İKP MK üzvü (1971-ci ildən) və SSRİ Ali Sovetinin (8–10-cu çağırış, Azərbaycan SSR-in Tovuz dairəsindən) deputatı olmuş. 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni, 8 digər orden, medallar, həmçinin xarici ordenlər və medallarla təltif edilmişdir.

İstinadlar

Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:İki dəfə Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:SSRİ-Finlandiya müharibəsi (1939-1940) iştirakçıları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:Britaniya imperiyası ordeninin Böyük Xaç cəngavəri Kateqoriya:SSRİ hərbi pilotları