Mariya Xulia Pou Brito del Pino () — Uruqvaylı siyasətçi, Uruqvay Milli Partiyasının üzvü, Uruqvayın birinci xanımı (1990–1995-ci illərdə), Uruqvayın Senatoru (2000–2005-ci illərdə), Uruqvayın hazırkı Prezidenti Luis Alberto Lakalye Pounun anası."El segundo integrante de la familia en convertirse en jefe de Estado" . Uruqvay. 2019-11-28. Archived from the original on 2019-12-02. Retrieved 2019-12-02.

Həyatı

Julia Pou 10 iyul 1947-ci ildə Uruqvayın paytaxtı olan Montevideoda həkim Alejandro Pou de Santiaqo və Maria Eloisa Julia Brito del Pino Bordoninin ailəsində anadan olub.Risso, Elena (2019-11-28). "Luis Lacalle Pou gana las elecciones en Uruguay: quién es el surfista que pone fin a 15 años de gobierno de izquierda". Archived from the original on 2019-12-02. Retrieved 2019-12-02. Onun Qonzalo və Aleksandro adlı iki qardaşı var. Paris Universitetində oxumuş, amma məzun ola bilməmişdir. Pou 1970-ci ildə Luis Alberto Lakalye ilə evlənmişdir. Cütlüyün üç övladı var — Pilar, Luis Alberto, Xuan Xose Manuel. Birinci xanım olduğu müddətdə Pou 1997-ci ilə qədər sədrlik etdiyi Accion Solidaria adlı xeyriyyə qeyri-hökumət təşkilatını təsisçisidir.

Beatriz Argimon ilə birlikdə Pou Accion Comunitaria qrupunu yaratmış və 1999-cu il ümumi seçkilərində Uruqvay Senatına seçildi. 2000-ci ildən 2005-ci ilə qədər senator vəzifəsində fəaliyyət göstərmişdir.

Ədəbiyyat Ellas 5. Montevideo: Aguaclara. ISBN 9789974994232.

İstinadlar