Azaflı (əvvəlki: Azaplı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Azaflı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Azaplı kənd inzibati ərazi dairəsi tərkibindəki Azaplı kəndi Azaflı kəndi adlandırılmış, Azaplı kənd inzibati ərazi dairəsi Azaflı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.
Toponimikası Kənd sakinləri arasında oykonim "Azaflı" kimi tələffüz olunur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsinin yaxınlığında, Köhnəqala adlı yerdə zindan (əzabxana) olmuş və kənd öz adını buradan götürmüşdür; başqa bir sözlə, kəndin adı "Əzablı" sözünün yerli əhalidəki tələffüzündən gəlmişdir.
Türk Osmanlı ordusunda "azaplar" piyada, oxçu əsgərlərə deyilirdi. Rumıniyada eyni adlı kənd vardır.
Tarixi
Tarixi abidələri Azaflı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi6054Köhnə qəbiristanlıq Orta əsrlərAzaplı kəndindən 4 km şimal-qərbdəArxeolojiYerli
Coğrafiyası və iqlimi Kənd Əsrikçayın sol sahilində, dağ ətəyində, Tovuz–Böyük Qışlaq yolunun sağında yerləşir. Bayramlı, Aşağı Quşçu və Dondar Quşçu kəndləri ilə həmsərhəddir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199913707176532009↗1589↗811↗778
İqtisadiyyatı Kənd əhalisi əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur. Kəndin ərazisi əkinçilik və maldarlıq üçün əlverişlidir.
Mədəniyyəti Kənddə Azaflı kənd kitabxana filialı, Azaflı kənd klubu, Azaflı poçt şöbəsi (AZ6017) fəaliyyət göstərir.
Təhsil Kənddə Azaflı kənd tam orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Azaflı həkim məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Azaflı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri