Vsevolod Nikolayeviç Lunyov (; ) — SSRİ memarı. Vorkutada çalışmışdır.
Həyatı Vsevolod Nikolayeviç Lunyov 21 iyun 1915-ci ildə Stavropol diyarında yerləşən Medvejye kəndində anadan olmuşdur. 1940-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra orduya çağırılmış və Krasnodardakı kiçik komandirlər məktəbinə göndərilmişdir
İkinci Dünya müharibəsində sıravi rütbəsi ilə iştirak etmişdir. 1941-ci ilin avqustunda əsir düşmüş və 1943-cü ilin əvvəlində qaçaraq hücum sıralarına qoşulmuşdur. 1943-cü ilin yazında dövlət yoxlaması üçün Podolsk şəhərinə göndərilmiş, oradan "Vorkutauqol"un rəisi Mixail Mitrofanoviç Maltsevin xahişi ilə digər əsgərlərlə birlikdə Vorkutaya getmişdir. Azad edildikdən sonra, 1944-cü ilin iyulunda Vsevolod Lunyov 5 saylı tikinti idarəsinin istehsal-texniki hissəsinin rəisi vəzifəsində işləməyə başlamışdır. Altı ay sonra, 1945-ci ilin fevralında "Vorkutauqol" zavodunun konstruktor bürosuna keçmişdir.
22 sentyabr 1988-ci ildə Vsevolod Lunyov "Vorkutanın fəxri vətəndaşı" adına layiq görülmüşdür. 23 iyun 1991-ci ildə Lvovda vəfat etmişdir.
İstinadlar
Kateqoriya:SSRİ memarları Kateqoriya:XX əsr memarları