Nikon Korporasiyası (株式会社ニコンKabushiki-gaisha Nikon ) (həmçinin Nikon və Nikon Corp. kimi tanınır) optik avadanlıq və kamera cihazları üzrə ixtisaslaşmış Yaponiyada yerləşən çoxmillətli şirkətdir . Xüsusilə kameraları ilə dünyada tanınan şirkətin digər məhsulları arasında durbin, mikroskop, optik ölçü cihazları və yarımkeçirici istehsalında istifadə olunan dəqiq emal cihazları var. İlk dəfə 1917-ci ildə Nippon Kōgaku (日本光学: "Yaponiya Optik Şirkəti") adı ilə qurulan şirkət ilk dəfə 1946-cı ildə istehsalına başladığı fotoaparat obyektivlərində Nikon markasından istifadə etdi. Fotoqrafiya sənayesindəki uğurlarının nəticəsi olaraq, şirkət 1988-ci ildə Nikon Corporation adını aldı və bu gün Mitsubishi Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərir.
Tarix Nikon 1917-ci ildə üç böyük yapon optik istehsalçısının bir araya gəlməsi ilə qurulub. Bu gün Nikon təxminən 17.000 işçisi ilə fəaliyyətini davam etdirir.
İstinadlar
Kateqoriya:1917-ci ildə yaranan şirkətlər Kateqoriya:Yaponiya brendləri