Fatma Gül Gülər () — görmə məhdudiyyətli türk paralimpiya qolbolçusu. O, dünya və Avopa çempionu olan Türkiyə milli qolbol komandasının üzvüdür.
İdman karyerası Güləri qolbol oynamağa 2012-ci ildə ibtidai sinif müəllimi yönləndirib. O, gözdən əlillər üçün orta məktəbdə təhsil aldığı müddətdə məktəbin komandasında oynayıb. Onun məktəbinin komandası 2018-ci ildə Qızlar arasında Qolbol üzrə Türkiyə Çempionatında ikinci olmuşdur.
O, doğulduğu şəhər olan Qəhrəmanmaraşın "Akçakoyunlu İdmanyurdu" idman klubunda oynayır. Klub Türkiyə Qadın Qolbol Birinci Liqasında mübarizə aparır. Gülərin məşqçisi Gültəkin Karasudur.
2024 Gülər 2024-cü ildə Fransanın Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarının finalında İsraili məğlub edərək qızıl medal qazanmış Türkiyə milli komandasının üzvü olub.
Şəxsi həyatı Fatma Gül Gülər 12 fevral 2004-cü ildə Türkiyənin Qəhrəmanmaraş şəhərində anadan olub. O, anadangəlmə görmə qüsurludur.
Orta təhsilini gözdən əlillər üçün məktəbdə başa vurduqdan sonra Qaramandakı Qaramanoğlu Mehmetbəy Universitetinin İdman elmləri fakültəsində idman məşqçiliyi ixtisası üzrə təhsil almağa başlamışdır.
İstinadlar
Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar