Pifaqorion ( ) — Yunanıstanın Samos adasında kənd. Egey sahilindəki Samos şəhərindən 8 kilometr cənub-qərbdə yerləşir. Şimali Egey adaları periferiyasında Samos periferik vahidində Anatoliki-Samos icmasının (dim) bir hissəsi. 2011-ci il siyahıyaalınmasına əsasən, 1,272 nəfərlik əhalisi var.

1955-ci ilin may ayına qədər Tiqanion adlanırdı. Samoslu filosof Pifaqorun xatirəsinə dəyişdirildi. Limanda 1989-cu ildə heykəltəraş Nikos İkarisin hazırladığı Pifaqor heykəli var.

İstinadlar

Kateqoriya:Yunanıstanın yaşayış məntəqələri Kateqoriya:Samos