İnternet protokolu televiziyası və ya qısaca IPTV () — IP şəbəkələri üzərindən televiziya məzmununun yayımlanması. Bu ənənəvi yerüstü, peyk və kabel televiziyası formatlarından fərqlidir. Yüklənmiş mediadan fərqli olaraq IPTV mənbə olan medianı davamlı olaraq yayımlamaq imkanı təklif edir. Nəticədə media pleyer məzmunu (məsələn, televiziya kanalı) dərhal göstərməyə başlaya bilər. Bu striminq kimi də tanınır.

IPTV İnternet protokolundan istifadə etsə də, yalnız İnternetdən yayımlanan televiziya (internet televiziyası) ilə məhdudlaşmır. IPTV yüksək sürətli çıxış kanalları olan abunəçi əsaslı telekommunikasiya şəbəkələrində əlavə cihazlar və ya müştəri üçün nəzərdə tutulmuş digər avadanlıqlar vasitəsilə son istifadəçi binalarına yerləşdirilə bilər. Korporativ və özəl şəbəkələrdə media çatdırılması üçün də istifadə olunur. Telekommunikasiya arenasında IPTV davamlı standartlaşdırma prosesi ilə diqqət çəkir (məsələn, Avropa Telekommunikasiya Standartları İnstitutu).

IPTV xidmətləri əlaqəli interaktivliyi olan və ya olmayan canlı televiziya və canlı mediaya aid edilə bilər; medianın vaxtının dəyişdirilməsi, məsələn, catch-up TV (televiziya proqramlarını yayım günündən sonrakı bir neçə gün ərzində internet vasitəsilə yayımlanması), start-over TV (hazırda davam edən TV şousunun əvvələ çəkilməsi); və media kataloqunun elementlərini nəzərdən keçirməyi və seçməyi əhatə edən VoD (video of demand). Həmçinin bax CDN P2PTV Protection of Broadcasts and Broadcasting Organizations Treaty SAT>IP Proqram xidməti

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:1990-cı illərdə yaranmış sözlər Kateqoriya:İnternet televiziya Kateqoriya:Televiziya texnologiyası Kateqoriya:Televiziya terminləri Kateqoriya:4 simvollu siqlalar Kateqoriya:1995-ci ildə yaranan saytlar Kateqoriya:Video on demand iptv Kateqoriya:İnternet protokolu