Kifayət İslam qızı Gəncəli (Məmmədova) () — Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə.
Həyatı 2 noyabr 1937-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində 1 il ibtidai sinif müəllimi ixtisasında təhsil alıb. Lakin sonra təhsilini yarımçıq qoyaraq, institutdan ərizə yazıb kənarlaşıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, Nəriman Əliyevin muğam sinfində təhsil alıb. O, fəaliyyətinə Yusif Heydərovun "Gənclik" ansamblında başlayıb. 1968-ci ildə Filarmoniyaya yollanıb. Ləqəbini Filarmoniyanın ovaxtkı direktoru Kərim Kərimov gəldiyi yerə görə verib. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 22 sentyabr 2024-cü ildə vəfat edib. Gəncənin "Səbiskar" qəbiristanlığında dəfn olunub.
İstinadlar
Xarici keçidlər Əməkdar artist: "Arxivdə olan ifalarımı efirə versinlər, millət görsün ki, ölməmişəm…"
Kateqoriya:Səbiskar qəbiristanlığında dəfn olunanlar