Əzimov İlham Muqbil oğlu () — professor (2009), baytarlıq elmləri doktoru (1996).
Həyatı 1959-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti fakültəsini bitirib. 1959–62-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda çalışıb. 1969–71-ci illərdə Azərbaycan Elmi Tədqiqat Baytarlaq İntunun problem laboratoriyasında baş elmi işçi olaraq işləyib.1994–2001-ci illərdə institutun elmi işlər üzrə direktor müavini olmuşdur. 2001–12-ci illərdə Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun direktoru vəzifəsini tutub. 160-dan çox elmi əsərin, o cümlədən 1 monoqrafiya, 5 kitab, 2 kitabçanın müəllifidir, 5 müəlliflik şəhadətnaməsi var. "Tərəqqi" medalı ilə təltif olunub. 24 sentyabr 2024-cü ildə vəfat edib.
Mənbə
Əzimov İlham Muqbil oğlu // Azərbaycan Milli Ensiklopediyası
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan zooloqları Kateqoriya:Azərbaycan uzunömürlüləri