Klisfen ( ) — qədim yunan siyasətçisi, Afina dövlət xadimi. Alkmeonidlər zadəgan ailəsindən olan eyni adlı Sikion tiranının (Böyük Klisfen) nəvəsi olmuşdur
Onu tez-tez "Afina demokratiyasının atası" adlandırırlar. O, Afinada demokratik idarəetmənin inkişafında həlledici rol oynamışdır. Klisfen e.ə. 508-ci ildə Afinanın siyasi quruluşunu yenidən təşkil edən əhəmiyyətli siyasi islahatlar həyata keçirmişdir.
İstinadlar
Kateqoriya:Afina arxontları