Armudlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Armudlu kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.
Toponimikası Oykonim ərazidə armud ağacının zəngin olduğunu göstərir. Ermənistandakı Tuafnin ve Tandzit yaşayış məntəqələrinin adı 1946-cı ilədək, Gürcüstandakı Pantiani kəndinin adı isə 1949-cu ilədək Armudlu olmuşdur. Azərbaycanda Qax və Qubadlı rayonlarında da eyniadlı kəndlər mövcuddur.
Coğrafiyası və iqlimi Kənd Tərtərçayın sol sahilində yerləşir.
Yaylaqları Qırmızıqaya yurdu, Dəlihəsən yurdu, Əyriyurd.
Bulaqları Çınqıllı bulaq, Boğaz bulağı, Xudumlu bulağı, Abdulla bulağı, Sarı bulaq, Ataxan bulağı, Nəbi bulağı.
Məşhur yerləri Seyid Məmməd biçən, Ortaburun, Otdaşı, Qırmızı qayanın döşü, Xudumlu, Əmiraslanın yurdu, Keçəltəpə, Yal biçənəyi, Məşədi Salman biçən, Çala, Qurd yuvası, Qatar, Batqının çalaları, Armudlunun düzü, Əkbərbiçən, Abdullabiçən, Armudlu çayıMəzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri