Simko Şəqaqi üsyanı () — 1926-cı ildə şəqaqi tayfasından olan kürd başçısı Simko Şəqaqinin başçılıq etdiyi İranın Pəhləvi sülaləsinə qarşı qısamüddətli kürd üsyanı.
Zəmin 1919-cu ildə Simko Şəqaqi İran hökumətinə qarşı ilk və xaricdən dəstəklənən üsyana başlamışdı. Üç illik üsyandan sonra məğlub olmuş, lakin 1924-cü ildə Rza xan ona amnistiya vermişdir və Şəqaqi sürgündən İrana qayıtmışdır. 1925-ci ildə Rza xan Rza şah olduqdan sonra Simko ona və İran dövlətinə əbədi sədaqət vəd etmişdir, lakin gələn il Simko herki Hacı Ağa və bəyzadə tayfa başçıları ilə ittifaq qurmuş, öz tayfasına nəzarəti bərpa etmiş və növbəti üsyana başlamışdır.
Üsyan Qısa hərbi qarşıdurma 1926-cı ilin oktyabrında Salmasda başlamışdır. Burada üsyançılar şəhəri mühasirəyə almışdılar. Az sonra Urmiya, Şərəfxana və Xoydan İran qoşunları göndərilmişdir. Üsyançılarla döyüş başlamış və onlar məğlub edilmişdir. Döyüş zamanı Simkonun Şəqaqi qoşunlarının yarısı tayfanın əvvəlki liderinin tərəfinə keçmiş və Simkonun özü İraqa qaçmışdır.
İstinadlar
Kateqoriya:1926-cı ildəki münaqişələr Kateqoriya:İranda etiraz aksiyaları Kateqoriya:Salmas Kateqoriya:İranda üsyanlar