Lion () – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən "Queendom" şousu üçün buraxılmış mahnı. 25 oktyabr 2019-cu ildə şounun "Queendom Final Comeback" minialbomu üçün buraxılmışdır. Mahnının sözləri Soyon tərəfindən yazılmışdır. "(G)I-dle" bu mahnı ilə şouda üçüncü yeri tutmuşdur. Mahnı 6 aprel 2020-ci ildə qrupun "I Trust" minialbomuna daxil edilmişdir.

Mahnı tənqidçilər tərəfindən bəyənilmiş, onu "ilin mahnısı", qrupu isə "gənc şir" adlandırmışdırlar. "Lion" qrupun imza mahnılarından birinə çevrilmişdir. "Melon" tərəfindən Bütün dövrlərin top 100 K-pop mahnısından biri seçilmişdir.

Buraxılması 24 oktyabr 2019-cu ildə Mnet "Queendom" verilişinin final epizodu üçün ilkin baxış yayımlamışdır. Növbəti gün "(G)I-dle" öz final mahnısını müxtəlif musiqi striminq saytlarında buraxmışdır.

Final epizodundan əvvəl Mnet "Lion" mahnısını və konsepsiyasını təqdim edən klip yayımlamışdır. Mahnının sözlərini yazan Soyon "Kral Aslan" filmindən ilham aldığını açıqlamışdır: "Bir şir kraldır, biz kralıq". Mahnı 25 oktyabr 2019-cu ildə rəqəmsal olaraq buraxılmışdır. Növbəti gün Spotify-da yayımlanmışdır.

Canlı performanslar "(G)I-dle" mahnını ilk dəfə 31 oktyabr 2019-cu ildə "Queendom" verilişinin final yayımında ifa etmişdir. Mahnı üçün qrupun canlandırdığı səhnə "əfsanəvi" adlandırılmışdır. Səhnəni izləyən "AOA" üzvləri performansı bəyənmiş, üzvlərdən biri "Sanki altı şir kraliçasını izlədiyimi hiss etdim. Heyran qaldım. Möhtəşəm idi" fikirlərini açıqlamışdır.

1 noyabr 2019-cu ildə video 1 milyon baxışı keçmiş, Koreya Youtube-nun ən çox izlənən videolarından biri olmuşdur. İki həftə sonra 8,8 milyon baxışa çatmışdır. 7 noyabr 2019-cu ildə "(G)I-dle" mahnını "M Countdown" xüsusi səhnəsində ifa etmişdir.

Qəbul Koreya veb-jurnalı "IZM" mahnını 2019-cu ilin ən yaxşı 10 sinqlı siyahısına salmışdır. "Idology" veb-jurnalı da mahnını ilin ən yaxşı 10 mahnısından biri hesab etmişdir. "Melon" mahnını Bütün dövrlərin top 100 K-pop mahnısı siyahısında 49-cu yerdə göstərmişdir. +Mükafat və nominasiyalar İl Təşkilat Kateqoriya Nəticə 2020 Qızıl Disk Mükafatı Ən yaxşı qadın performansı mükafatı 2020 Koreya Musiqi MükafatıƏn yaxşı pop mahnısı

İstinadlar

Kateqoriya:I-dle mahnıları Kateqoriya:2019-cu ilin mahnıları Kateqoriya:2019-cu ilin sinqlları