Çobangərəhməz — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi Çobangərəhməz kəndi Tutqunçayın (Tərtər çayının qolu) sahilində, Qonqur dağının ətəyindədir. Kəndin ərazisi keçmiş İrəvan quberniyasının Çobangərəkməz kəndinin qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi sonralar həmin kənddən ayrılmış ailələrin daimi məskunlaşması nəticəsində yaranmışdır.
Rayonun ərazisində eyniadlı mineral bulaq da vardır. Hidronim Çobangörükməz variantında da qeydə alınmışdır. Oykonim "çoban gərək olmayan" mənasındadırAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007..
Kənddəki yer adları
Yaylaqlar Abdulla yurdu Tuşdu yurdu Dərə damının yurdu Kalafalıq yurdu Qarabağlı yurdu
Bulaqlar Göy bulaq Həmərsin bulağı Seyid Əlişin bulağı Seyidgələnin suyu Ala bulağı
Məşhur yerlər Məşədi Məhəmməd gələn Bozbarmaq Əşəlgə Pərincyeri Boztəpə Donuzgüneyi Tala Cərgələr Öküzölən tala Alıkişi maral vuran Tutxun çayı Ağuzluq Arxac yeri Talanın qayası Qamışlıq Xırmanlar Qaraağac Tellinin qayası Bağarmudu Qaranlıqdərə Çöp Böyükdəmirçi Balacadəmirçi Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
Həmçinin bax Əsrik Alıbəyli Çorman
İstinadlar
Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu Qarabaq
Kateqoriya:Kəlbəcər rayonunun kəndləri