Rüştü Rəcbər () — Türkiyə futbolçusu. Türkiyə milli futbol komandasının qapıçısı.

Karyerası Rüştü Rəcbər 1973-cü il may ayının 10-da Antalyada anadan olub. Antalyaspor FK, Fənərbaxça PFK, Barselona FK klublarının qapıçısı olub.

Fənərbaxçanın heyətində ilk oyununa 29 oktyabr 1994-cü ildə Petrolofisi FK klubuna qarşı keçirib. 2002/2003 mövsümünün sonunda İspaniyanın Barselona FK klubuna transfer olunmuşdur. 1 il Barselona FK-nın ehtiyat qapıçısı olduqdan sonra 31 avqust 2004-cü ildə yenidən Fənərbaxça PFK-ya 1 illik icarə verilmişdir.

Fənərbaxça PFK tarixində bu klubun heyətində ən çox oyun keçirən qapıçıdır. 110 dəfə Türkiyə milli futbol komandasının, 11 dəfə 21 yaşlılardan ibarət Türkiyə milli futbol komandasının, 1 dəfə isə Türkiyə ordu milli komandasının heyətində çıxış edib. 9 oyunda Türkiyə milli futbol komandasının kapitanı olub.

2006/2007 mövsümünün sonunda Beşiktaş FK-ya transfer olunub.

Uğurları 1995/1996, 2000/2001 və 2004/2005 Türkiyə milli futbol çempionatının qalibi 1997/1998 Baş Nazirlik Kuboku. 1998/1999 Atatürk Kuboku. 1995/1996 və 1996/1997 TSYD Kuboku. Fənərbaxça PFK tarixində klubun heyətində Türkiyə milli futbol çempionatında ən çox çıxış edən qapıçı. Fənərbaxça PFK tarixində klubun heyətində ən çox çıxış edən 5-ci futbolçu. Futbol üzrə dünya çempionatı 2002-nin bürünc mükafatçısı. Futbol üzrə dünya çempionatı 2002-dəki iştirakına görə Dövlət Üstün Xidmət Medalı laureatı. 2003 FİFA Konfederasiyalar Kuboku bürünc mükafatçısı. Türkiyə milli futbol komandası heyətində ən çox oyun keçirən futbolçu. Türkiyə milli futbol komandasının heyətində 100-dən artıq oyun keçirmiş 2 futbolçudan biri.

İstinadlar

Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:2002 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2003 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:Antalyaspor futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:FİFA 100 Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:UEFA Avro 1996 futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular