Rövnəq Rzayev (tam adı:Rzayev Rövnəq Mirzə oğlu) — Azərbaycan Dövlət İqtisad Universitetində elm və innovasiya məsələləri üzrə prorektor, Azərbaycan Respublikasının əməkdar müəllimi, professor
Həyatı və təhsili
Rövnəq Rzayev 1970-ci il fevral ayının 12-də Ordubad rayonunun Biləv kəndində anadan olub.
1986-cı ildə orta məktəbi, 1992-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
1988-1989-cu illərdə həqiqi hərbi xidmətdə olub.
1992-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində əyani aspirant olub. 1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
1998-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini, 2014-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
2011-ci ildən 2020-ci ilə kimi UNEC-in “Fizika və kimya” kafedrasına rəhbərlik edib.
17 iyul 2019-cu ildə professor seçilib.“AMEA-nın professoru” seçilən alimlərin adları açıqlanıb
2020-2024-cü ilin oktyabr ayına kimi UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri olub.
160-dan artıq elmi əsərin, o cümlədən 25-i impakt faktorlu jurnallarda olmaqla, 65 məqalənin, 20-yə qədər beynəlxalq və 45-dən yuxarı respublika səviyyəli konfrans materiallarının, 2 dərs vəsaitinin, 8 proqram və metodiki vəsaitin müəllifidir.
21 oktyabr 2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinə Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunub.
Təltifləri
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. “Tədqiqatçı” adlarının təsis edilməsi haqqında UNEC-in 19.03.2019-cu il tarixli əmrinə əsasən, 2024-cü ilin iyulunda prof. R.Rzayevə “Tədqiqatçı-professor” statusu verilib.
İstinadlar