Şimal FK — 2023-cü ildə Azərbaycanın Xaçmaz rayonunda yaradılmış futbol klubu. Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir.

Tarixi Azərbaycan Region Liqasının 2023/2024 mövsümünün final oyununa qədər məğlubiyyətsizlik seriyası ilə irəliləyən "Şimal" 24 may 2024-cü ildə "Hypers Guba" ilə qarşılaşıb. Final görüşünün əsas və əlavə hissələri 1:1 bərabərliklə nəticələnsə də, "Şimal" penaltilər seriyasında rəqibini 3:1 hesabı ilə məğlub edərək Azərbaycan İkinci Liqasına yüksəlmişdir. 30 aprel 2025-ci il tarixində İkinci Liqanın XXIII turu çərçivəsində Lənkəran şəhərində keçirilən "Lerik-Şimal" matçında Xaçmaz təmsilçisi "2-4" hesabı ilə "Lerik"i məğlub edərək turnirin bitməsinə son 3 tur qalmış "Azərbaycanın Futbol üzrə Birinci Liqası"na yüksəlmək üçün vəsiqəni riyazi olaraq təmin etdi. 52 xalla 3-cü yerdə qərarlaşan "Şimal" "Şahdağ Qusar" və "Şəfa"dan sonra "Birinci Liqa"ya yüksələn 3-cü komanda oldu. Klub ən yaxın izləyicisi olan 42 xala sahib "Hypers Guba" ilə aralarındakı xal fərqini 10-a çatdıraraq bu uğura nail oldu.

İstinadlar

Kateqoriya:Azərbaycan futbol klubları