() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Misir və İsrailin səhralıq ərazilərində yaşayır.

Uzunömürlülüyü Misirdən olan bir nümunə ölü hesab olunaraq 1846-cı ilin martında kataloq kartoçkasına yapışdırılaraq Britaniya Muzeyinə gətirilmişdir. Lakin 1850-ci ilin martında hələ də sağ olduğu kəşf olunmuşdur. Kanada yazıçısı Qrant Allen bu vəziyyəti müşahidə etmişdir:

Muzey bu nümunəni böyük şüşə bankaya qoymuşdur. İlbiz kələm yarpaqları qidalaraq daha iki il yaşamışdır. Bu müddət ərzində bir daha anabioz vəziyyətinə daxil olmuş və bir daha anabioz vəziyyətindən çıxmışdır.

Növbəti tədqiqatlar bu növün qida və su olmadan daha müddət keyimə vəziyyətində sağ qala bildiyini göstərmişdir. 1904-cü ildə 40 ilbiz təcrübə məqsədilə qalay qutuya qoyulmuşdur. Təxminən 8 il sonra – 1912-ci ildə 10 ilbizin hələ də sağ olduğu məlum olmuşdur.

İstinadlar

Xarici keçidlər Britaniya Muzeyi nümunəsi

Həmçinin bax