Houp almazı və ya Mavi almaz — 45,52 karat (9,10 qram) çəkisi olan və dünya miqyasında məşhur almazdır.

Sahiblərindən birinin adına görə Houp almazı və rənginə görə Mavi almaz kimi tanınan bu qiymətli daşı 1642-ci ildə Jön Taverniye adlı bir səyyah Avropaya gətirmişdir. Səyyah daşı Hindistanda Budda heykəlinin gözündən qoparmışdır.

Taverniye almazı Fransa kralı XIV Lüdovikə satmışdır. XVI Lüdovik isə almazı həyat yoldaşı olan Mariya Antuanettaya hədiyyə etmişdir. Böyük Fransa inqilabından sonra, 1830-cu ildə Daniel Elias adlı ingilis almazı 200.000 lirəyə Banker Houpa satmışdır. Houp almazı aldıqdan qısa bir müddət sonra müflis olmuşdur. Daha sonra Kanitovski adlı bir rus şahzadəsi almazı alaraq dostu olan bir qadına hədiyyə etmişdir. Qadın vəfat etdikdən sonra isə almaz yunan Simon Monkariciesin əlinə keçmişdir. Monkaricies, almazı çox yüksək bir qiymətə II Əbdülhəmidə satmışdır. Nəhayət, almazı yunan gəmi sahibi olan Onasisin həyat yoldaşı Tina almışdır.

Almaz hal-hazırda ABŞ-nin Milli Təbiət Tarixi Muzeyində nümayiş etdirilir.

İstinadlar

Kateqoriya:Almazlar Kateqoriya:Zərgərlik Kateqoriya:Lənətlər