Müqəddəs Akop kilsəsi () — Xankəndidə yerləşən erməni kilsəsi. Azərbaycanın nəzarətinə keçdikdən və şəhərin erməni əhalisinin sayının azalmasından sonra fəaliyyətini dayandırıb.
Tarixi Kilsənin təməli 2005-ci ilin sentyabrında qoyulub və tikinti işləri 2007-ci ilin əvvəlinə qədər, təxminən 1 il yarım davam edib. Məbədin tikintisini amerikalı-erməni xeyriyyəçi Nerses Epremyan maliyyələşdirib, o, kilsəni dünyasını dəyişmiş oğlu Akop Epremyanın xatirəsinə tikdirib. Kilsənin ətrafı "Karvan" MMC-nin direktoru Akop Akopyan tərəfindən abadlaşdırılıb və asfaltlanıb.
2007-ci il mayın 6-da axşam kilsənin təntənəli təqdis mərasimi baş tutdu, burada yüzlərlə şəhər sakini, qonaqlar, Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyasının ruhaniləri, rəsmi şəxslər, xeyirxahlar iştirak etdilər. Təqdis mərasimini ruhani siniflə birlikdə Qarabağ yeparxiyasının rəhbəri arxiyepiskop Pargev Martirosyan aparıb. İstinadlar
Kateqoriya:Xankəndi abidələri Kateqoriya:2000-ci illərin memarlığı Kateqoriya:Asiya kilsələri Kateqoriya:Azərbaycan kilsələri Kateqoriya:Azərbaycandakı keçmiş binalar və tikililər Kateqoriya:Erməni diasporu Kateqoriya:Erməni kilsələri Kateqoriya:XXI əsrə aid kilsələr