Ov mövsümü — Yavuz Turqulun rejissorluğu ilə çəkilən 2010-cu il istehsalı türk polis-detektiv filmi. Filmdə Şənər Şən, Cem Yılmaz, Çətin Təkindor kimi aktyorlar yer alıblar. Film qətlin araşdırılması zamanı həyatları alt-üst olan üç polisin hekayəsindən bəhs edir. Film çəkilişləri aprel ayında başlamış və 51 gün davam etmişdir . 3 dekabr 2010-cu ildə baxışa buraxılmış film 2010-cu ilin ən çox gəlir gətirən Türkiyə filmlərindən biri olmuşdur və Türkiyədən əlavə bir neçə Avropa ölkəsində də nümayiş etdirilmişdir.
Mövzusu Təcrübəsi, intuisiyası və təqib bacarığı ilə tanınan "Ovçu" ləqəbli Fərman (Şənər Şən) və "Dəli" ləqəbli İdris (Cem Yılmaz) cinayət bürosunun əməkdaşı olan iki polisdir. İkili ata-oğul qədər bir-birinə yaxın və bağlıdır. Sakit təbiətli antropologiya məzunu Həsən (Okan Yalabık) sonradan komandaya qoşulur. Təcrübəsiz olduğuna görə ona "çömez" (naşı) ləqəbi qoyurlar.
Öldürülən gənc qızın (Pamuk) ölümündə narkotik taciri Asit, Türkiyənin ən varlı adamlarından biri Battal Çolaqzadə, qızın qardaşları Abbas, Vaqqas və başqaları şübhəli bilinir.
Qətli araşdırarkən olanlar həyatını xəstə arvadına həsr edən Fərmanın, boşandığı arvadına xəstəlikli formada bağlı İdrisin və bu dünyaya yad olan Həsənin həyatına çox böyük təsir edir. Aktyor heyəti
Şənər Şən — Fərman Cem Yılmaz — İdris Çətin Təkindor — Battal Çolakzadə Məlisa Sözən — Asiyə Okan Yalabık — Həsən Rıfat Adıgözəl Mahir İpək — Murad Önəş Eminə Şans Umar — Cevriyyə Rza Kocaoğlu — Ömər Nəriz Çorakçı — Xatun Mustafa Avqıran — Müslüm Qəmzə Sünər Atay — Müzəyyən Şəfiqə Ümid Tolun — Hilal Murad Sərəzli — Altan Dardanel Dila Akbaş — Pamuk Bartu Kiçikçağlayan — Kamuran Cahid Gök — Vaqqas Bilgəxan Sezər — Abbas Cansu Köç — Yasəmin Murad Aygən — Şəvqət Altun Gizəm Akman — Ceylan Rəhmi Diligil — Bəsri Şərxan Kəskin — tibb mütəxəssisi Kevork Türkər — Ceylanın həkimi Tolqa Polad — Anestezioloq Əngin Həpiləri — Asiyənin müdiri
Kassa gəlirləri Film Türkiyə kinoteatrlarında ardıcıl beş həftə ərzində kassa gəlirlərinə görə birinci olmuş və ümumilikdə 12,571,431 ABŞ dolları gəlir əldə etmişdir.
İstinadlar Kateqoriya:Türkiyə filmləri Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:Türkiyənin detektiv filmləri Kateqoriya:Türkiyənin triller dram filmləri Kateqoriya:Türkiyənin cinayət triller filmləri Kateqoriya:Türkiyənin müəmma filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:2010-cu illərin müəmma dram filmləri Kateqoriya:İstanbulda çəkilən filmlər Kateqoriya:Polis detektiv filmləri Kateqoriya:Qətl haqqında filmlər