Masdar ( və ya Abu Dhabi Future Energy Company — BƏƏ-də dövlətə məxsus bərpa olunan enerji şirkəti. Mubadala İnvestisiya Şirkətinin törəmə şirkəti olaraq 2006-cı ildə Sultan Əl Cabir tərəfindən təsis edilmiş və sədrlik etmişdir. Şirkət Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş qərargahı olan Masdar şəhərinin inkişafına cavabdehdir. Tarixi 2006-cı ildə BƏƏ hökuməti bütün resursları diversifikasiya etmək və yerli iqtisadiyyatı artırmaq üçün Abu Dhabi Future Energy Company PJSC (Masdar) şirkətini təsis etdi.
Sultan Əl Cabir şirkətin qurucusu və baş icraçı direktorudur. O, 2009-cu ildə Masdar-ın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş ofisinin Masdar şəhərində mövcudluğunu təmin etmək səylərinə nəzarət etmişdir. 2016-cı ilin əvvəlində Məhəmməd Camal əl Ramahi Masdarın baş icraçı direktoru təyin edildi. İstinadlar
Kateqoriya:BƏƏ şirkətləri