Haftoni — Azərbaycan Respublikasının Lənkəran rayonundan 12 km şimal-qərbdə yerləşən qəsəbə. Dağətəyi ərazidədir.
Etimologiya Haftoni sözü, talış dilindən "Yeddi bulaq" (haft-yeddi, honi-bulaq) kimi tərcümə olunur.
Tarixi 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Coğrafiyası və iqlimi Talış dağlarının ətəyində yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Lənkəran rayonunun qəsəbələri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri