Qatil kitab klubu () — Qarsiya Mirandanın yazdığı "Qatil kitab klubu" romanının motivləri əsasında Karlos Qarsiya Mirandanın yazdığı ssenari ilə rejissor Karlos Alonsonun 2023-cü ildə çəkdiyi ispan sleşer filmidir. Filmdə baş rolu Veki Velilla ifa etmişdir.
Süjet xətti
Bir universitet müəlliminin təsadüfən öldürülməsindən sonra qorxu filmi və ədəbiyyatı ilə maraqlanan bir qrup universitet tələbəsi bu hadisə haqqında öz aralarında susmağa qərar verirlər, lakin üzünə maska taxmış qatil təlxək onları bir-bir öldürməyə başlayır.
Rollarda
Yayımlanması
Film 25 avqust 2023-cü ildə Netflix yayım platformasında yayımlanmışdır.
İstehsalı
Filmin ssenarisi Karlos Qarsiya Mirandanın "Qatil kitab klubu" () adlı kitabına əsaslanır. Film Brutal Media şirkəti tərəfindən istehsal edilmişdir. Filmin bəstəkarı Arnau Batallerdir. Romandakı hadisələr Madridin Complutense Universitetində cərəyan etsə də, film Toledo şəhərində yerləşən Castilla-La Mancha Universitetinin Hüquq və Sosial Elmlər Fakültəsində, Hospital de Tavera universitetində və digər universitetlərdə çəkilmişdir, ancaq filmdə bu universitetlərdən hər hansısa birinin adı açıq bir formada qeyd edilməmişdir.
İstinadlar
Kateqoriya:2022-ci ilin filmləri Kateqoriya:Qorxu filmləri Kateqoriya:İspanca filmlər Kateqoriya:İspaniya filmləri Kateqoriya:Sleşer filmləri Kateqoriya:Universitet və kolleclər haqqında filmlər Kateqoriya:Netflix orijinal filmləri