Açıq pəncərələr () — 2014-cü ildə rejissor Naço Viqalondonun özünün yazdığı ssenari əsasında çəkdiyi və baş rollarda Saşa Qrey və Elayca Vudun iştirak etdiyi ispan triller filmi. Film skrincastinq vasitəsilə çəkilmiş və filmdəki hərəkətlər personajların kompüter monitorları vasitəsilə nümayiş etdirilmişdir. Filmin premyerası 10 mart 2014-cü ildə ABŞ-də, sentyabrın 25-də isə Rusiyada baş tutmuşdur.

Süjet xətti

Nik (Elayca Vud) — aktrisa Cil Qodardın (Saşa Qrey) pərəstişkarı və eyni zamanda da onun qeyri-rəsmi internet saytının redaktorudur. Nik aktrisanın yeni filminin təqdimatından sonra əsas mükafatı aktrisa ilə şam yeməyi olan bir müsabiqədə qalib gəlir. Nikin veb saytında yayımlanan təqdimatın onlayn reportajı zamanı ona bir zəng gəlir və özünü Kord (Nil Maskell) kimi təqdim edən bir şəxs ona naharın ləğv edildiyini bildirir. Nik, məqsədi Cili öldürmək olan bir oyunda piyona çevrildiyindən belə şübhələnmir.

Rollarda

İstinadlar

Kateqoriya:İspanca filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:İspaniya filmləri Kateqoriya:Triller filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:2014-cü ilin ABŞ filmləri Kateqoriya:İnformatika haqqında filmlər Kateqoriya:İspaniyanın triller filmləri Kateqoriya:Adam oğurluğu haqqında filmlər Kateqoriya:Təhlükəsizlik və nəzarət haqqında filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Texno triller filmləri Kateqoriya:Dram filmləri