Maykl Azerrad (; ) — ABŞ yazıçısı, jurnalisti, redaktoru və musiqiçisi. Kolumbiya Universitetinin məzunu olan o, "Spin", "Rolling Stone" və "The New York Times" üçün yazılar yazmışdır. O, "Olduğun kimi gəl: Nirvana hekayəsi" kitabının müəllifidir. Bu, "Q" jurnalı tərəfindən "Bütün zamanların 50 ən böyük rok bioqrafiyaları"ndan biri seçilmişdir. Onun 2001-ci ildə nəşr olunan kitabı "Musiqi qrupumuz sizin həyatınız ola bilər" populyar indi musiqi qrupları haqqında qısa esselər toplusudur və eyni zamanda tənqidi rəğbət qazanmışdır.

Həyatı Azerrad Nyu-Yorkda böyümüşdür. O, 1983-cü ildə Kolumbiya Universitetində bakalavr dərəcəsi almışdır. Onun atası NBC-də bədii rəhbər, anası isə San-Fransiskoda kompüter konsaltinq firmasında incəsənət və texnologiya üzrə baş məsləhətçi olmuşdur. Kolumbiyada olduğu illərdə birlikdə həvəskar musiqi qrupda ifa etdiyi klaviatura virtuozu Mark Kapellenin (sonralar "American Music Club" qrupunun üzvü) otaq yoldaşı idi. 21 may 1988-ci ildə Culiya Barnett ilə evlənmişdir.New York Times, Julia Just and Michael Azerrad Marry , Julia Just and Michael Azerrad Marry, 1988-05-22. Accessed online 2016-07-03.

İstinadlar

Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:ABŞ redaktorları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XXI əsr musiqiçiləri