1678-ci il Süleymaniyyə döyüşü — Səfəvi qoşunu ilə Kürd-Osmanlı qoşunu arasında baş vermiş döyüş.

Döyüş

Bu döyüş, Rüstəm xanın rəhbərliyi altında olan Səfəvi qoşunları ilə Süleyman Babanın liderliyindəki Osmanlı qoşunları arasında baş vermişdir. Süleyman Babanın Səfəvi dövlətinin torpaqlarına etdiyi hücumlar nəticəsində Səfəvi dövləti Rüstəm xanı Süleyman Babanla mübarizə aparmaq üçün göndərmişdir. Baş vermiş döyüş zamanı Səfəvilər qalib gəlmiş və Süleyman Baban öldürülmüşdür.

İstinadlar

Kateqoriya:Osmanlı imperiyasının döyüşləri Kateqoriya:Səfəvilərin döyüşləri