RSFSR Dövlət Nəzarəti Xalq Komissarlığı — RSFSR Xalq Komissarları Sovetinin tərkibində 1918-ci ilin iyulundan 1920-ci ilin fevralına qədər dövlət nəzarətini həyata keçirən hökumət orqanı.

1918-ci ilin yanvar ayına qədər Fəhlə, Əsgər və Kəndli Deputatları Sovetləri yanında iri şəhərlərdə, quberniyalarda və sənaye cəhətdən inkişaf etmiş vilayətlərdə fəaliyyət göstərən fəhlə nəzarəti şuralarına Ümum-Rusiya Nəzarət Şurası miqyasında rəhbərlik edirdi. Bu şuraya istehsalın konkret sahələri üzrə mütəxəssis auditor komissiyaları daxil idi. Bu Xalq Komissarlığı yaranana qədər RSFSR-də dövlət nəzarəti 1918-ci ilin yanvarında yaradılmış Mərkəzi Nəzarət Şurası, uçot-nəzarət şuraları və lokal nəzarət komissiyaları tərəfindən həyata keçirilirdi. 1918-ci ilin iyulunda Mərkəzi Nəzarət Şurası RSFSR Dövlət Nəzarəti Xalq Komissarlığına çevrilmişdir.Государственный контроль // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.

RKP(b)-nin VIII qurultayı (1919-cu il mart) dövlət nəzarətinin yenidən təşkili haqqında qərar qəbul etmişdir. 1919-cu ilin aprelində Ümum-Rusiya Mərkəzi İcraiyyə Komitəsi və RSFSR Xalq Komissarları Soveti "Dövlət nəzarəti haqqında" dekret qəbul etmişdir.

İstinadlar

Kateqoriya:SSRİ-nin dövlət təşkilatları Kateqoriya:SSRİ iqtisadiyyatı