Qreq Uinter () — Britaniyalı biokimyaçı və biotexnoloq, zülal mühəndisliyi üzrə mütəxəssisdir. 2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatı.The Nobel Prize in Chemistry 2018 — NobelPrize.org. Дата обращения: 3 октября 2018. Архивировано 11 мая 2020 года. Kembric Universitetinin professoru, London Kral Cəmiyyətinin (1990il) və Britaniya Tibb  Elmləri Akademiyasının (2006il) üzvü. 2004-cü ildən Knight Bakalavr. 2012–2019-cu illərdə Kembric Triniti Kollecinin rəhbəri olub.

Bioqrafiyası Q. Uinter Qərbi Afrikada böyüyüb. 1973-cü ildə Kembricdəki Trinity Kollecini bitirib. 1976-cı ildə Kembricdə fəlsəfə doktoru dərəcəsi almışdır. London İmperial Kollecində və Kembric Genetika İnstitutunda postdoktur (gənc mütəxəssis) idi.

Onun tədqiqat karyerası əsasən 1981-ci ildə qoşulduğu, şöbə müdiri (1994–2006 illərdə), direktor müavini (2006–2011) və Zülal Mühəndisliyi Mərkəzində işlədiyi Molekulyar Biologiya Laboratoriyasında keçib. 1990–2010-cu illərdə  direktor müavini olub. Q. Uinter Kembricdə  üç biotexnologiya şirkəti qurdu: Cambridge Antibody Technology (1989il, 2006-cı ildə AstraZeneca tərəfindən alınıb), Domantis (2000il, GlaxoSmithKline tərəfindən alınıb), Bicycle Therapeutics (2009il). Sonuncuda o, hazırda qeyri-icraçı direktordur. Newton Trust, Cambridge Commonwealth Trust, Cambridge Overseas Trust, Kennedy Trust for Revmatology Research-in qəyyumu. Cambridge Innovation Capital məsləhət qrupunun isə  üzvüdür.Sir Gregory Winter | Cambridge Innovation Capital. Дата обращения: 26 августа 2018. Архивировано 26 августа 2018 года.

Protein Engineering (Zülal Mühəndisliyi), Design and Selection (Dizayn və Seçim) jurnalının baş redaktoru, European Journal of Immunology (Avropa İmmunologiya Jurnalı)nın redaksiya heyətinin üzvüdür.

EMBO (1987il) və Avstraliya Texnoloji Elmlər və Mühəndislik Akademiyasının (2002il) üzvü, Kral Həkimlər Kollecinin fəxri üzvüdür.

Mükafatları 1986-cı ildə-Biokimya Cəmiyyətinin Kolvort medalı 1989-cu ildə-Eyni adlı fondun Tibb üzrə Louis-Jeantet Mükafatı 1990-cı ildə-Emil-von-Behring-Preis mükafatı, Marburq Universiteti 1994-cü ildə-İsveç Əczaçılıq Elmləri Akademiyasının Scheele Mükafatı 1995-ci ildə-Kral Faysal Beynəlxalq Mükafatı 1997-ci ildə-Britaniya İmperiyası ordeninin komandiri 1999-cu ildə-Xərçəng Araşdırmaları İnstitutundan Villiam Koley Mükafatı 2002-ci ildə-Gabbay Mükafatı eyniadlı təsisatdan 2011-ci ildə-London Kral Cəmiyyətinin Kral Medalı 2012-ci ildə-Asturiya Şahzadəsi Mükafatı 2013-cü ildə- Tibbi Tədqiqatlar Şurasının (MRC) ən nüfuzlu Minilliyin Medalı mükafatı 2013-cü ildə-Beynəlxalq Gairdner Mükafatı 2015-ci ildə-Eyniadlı fonddan Vilhelm Exner medalı 2016-cı ildə-Prince Mahidol Mükafatı 2018-ci ildə-Kimya üzrə Nobel Mükafatı (1/4 mükafat) 2024-cü ildə-Kopli medalı

İstinadlar

Kateqoriya:Fəlsəfə doktorları