Sayat Nova abidəsi — Tbilisidə, Qədim Tbilisi rayonunda, Vaxtanq Qorqasali meydanında yerləşən abidə. Stilləşdirilmiş nar budağı və panduridən ibarət kompozisiyadır. Abidənin müəllifləri heykəltəraşlar Qia Caparidze və Kaxa Koridzedir. Abidə erməni şairi Sayat Novanın şərəfinə 2009-cu il iyunun 7-də, hər il keçirilən Gül festivalı çərçivəsində Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə açılmışdır.

İstinadlar

Kateqoriya:Tbilisidəki heykəllər